Interposta.Info

NATO Ukraynaya ağır silahlar verməyə razılaşdı

Ölkə
 8-04-2022, 19:34     340

Rəsmi Kiyev Rusiyanın növbəti hücumuna hazırlaşdığı vaxt NATO ölkələri Ukraynaya yeni növ təkmil silahların verilməsinə razılaşıb.

Bu barədə Qaynarinfo Financial Times-a istinadən xəbər verir.

NATO ölkələrinin razılıq qərarı Ukrayna xarici işlər naziri Dmitri Kulebanın təşkilata son müraciətindən sonra verilib.

"Ya siz bizə indi kömək edəcəksiniz, mən yaxın günləri nəzərdə tuturam, ya da bu kömək çox gecikmiş olacaq. Bu yardım gecikdiyi üçün daha çox insan həyatını itirəcək”, - Ukrayna XİN rəhbəri NATO görüşündə bildirib.

"Ölkələrin Rusiyanın yeni təhdidlərinə cavab vermək üçün Ukraynaya yeni və ağır silahların verilməsinə dəstək vardı. Və biz qarşılıqlı şəkildə Ukraynaya sovet dövrü təchizatından NATO standartlı təchizata keçməsi üçün kömək etməyə qərar verdik”, - Britaniya xarici işlər naziri Liz Truss deyib.

ABŞ dövlət katibi Entoni Blinken də ölkəsinin Ukraynaya yeni sistemlər verməyə hazırlaşıdığını açıqlayıb.

Həmçinin Avropa Birliyi də Ukraynaya silah tədarükü üçün 500 milyon avro ayırmağa razılaşıb. Buna qədər isə AB Ukraynaya hərbi yardım üçün 1 milyard avro ayırmışdı.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26