“Qoy Haaqada danışsın” - Britaniya Rusiya ombudsmanının BMT-dəki çıxışını əngəllədi

Britaniya Rusiyanın Uşaq hüquqları üzrə müvəkkili Mariya Lvova-Belovanın BMT Təhlükəsizlik Şurasının qeyri-rəsmi iclasında çıxışına mane olub.
Bu barədə "İnterPosta"Böyük Britaniyanın BMT-dəki nümayəndəliyinin "Twitter” səhifəsinə istinadən xəbər verir.
Qeyd olunur ki, Rusiya ukraynalı uşaqların "evakuasiyası” ilə bağlı BMT Təhlükəsizlik Şurasının qeyri-rəsmi iclasını çağırır. Brifinqə Moskva Mariya Lvova-Belovanı dəvət edib.
Britaniya Rusiya ombudsmanı ilə görüşün yayımını əngəllədiyini bildirib.
"Ona dezinformasiya yaymaq üçün BMT platforması verilməməlidir. Əgər Mariya Lvova-Belova öz əməllərinə görə cavab vermək istəsə, Haaqada bunu edə bilər", - britaniyalı diplomatlar vurğulayıblar.
Qeyd edək ki, Beynəlxalq cinayət məhkəməsi ukraynalı uşaqların deportasiyası işi üzrə Rusiya prezidenti Vladimir Putin, eləcə də ombudsman Mariya Lvova-Belovanın həbsinə order verib.\qaynarinfo
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26