Interposta.Info

Erməni jurnalist Azərbaycanla bağlı sualına görə pərt oldu –

Müxtəlif
 13-02-2017, 13:09     1 220

Erməni jurnalist Azərbaycanla bağlı sualına görə pərt oldu –

9 fevral tarixində Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova brifinq keçirib.

interposta.info-ın Baku.ws-ə istinadən verdiyi xəbərdə bildirilir ki, brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi özünəməxsus kinayəli tərzdə Rusiya-Azərbaycan münasibətlərinə aid sual verən erməni jurnalistə həddini bildirib. Erməni jurnalist Mariya Zaxarovaya blogger Lapşinin Azərbaycana ekstradisiyası və Rusiyanın bununla bağlı gördüyü tədbirlər barədə sual verib.

Mariya Zaxarova bu suala cavab verməkdə çətinlik çəkdiyini etiraf edib.

“Sevindirici haldır ki, Rusiya-Azərbaycan münasibətləri Ermənistan KİV-nin maraq dairəsindədir”, - deyə Zaxarova bildirib.

Mariya Zaxarova onu da qeyd edib ki, bu mövzu Rusiya Federasiyasının daima nəzarətində olub və olacaq.

“Sizə Ermənistanın Kütləvi İnformasiya Vasitələrinin nümayəndəsi kimi bu mövzu ilə maraqlandığınız üçün minnətdaram. Çox sağ olun ki, siz bizə Rusiya vətəndaşlarının aqibətini xatırladırsınız”, – deyə Zaxarova öz kinayəsini gizlətmədən erməni jurnalistə müraciət edib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26