Interposta.Info

Bakı və İrəvan razılığa gəlsə, Rusiya... - Zaxarova

Siyasət
 22-11-2018, 13:46     10 592

Rəsmi Bakı və İrəvan xarici işlər nazirlərinin görüşünün keçirilməsinə dair razılıq əldə edərsə, Rusiya bu cür əlaqələri yalnız alqışlaya bilər.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ATƏT-in Minsk qrupunun həmsədrlərinin Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşününün dekabr ayının əvvəlində Milanda ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində keçirilməsi ilə bağlı təklifini şərh edərkən brifinqdə bildirib.

"Tərəflərin razılığa gələcəkləri təqdirdə, belə görüşün keçirilməsini alqışlayardıq. Amma görüşün keçirilib-keçirilməməsinə dair qərar vermək hər bir dövlətin suveren hüququdur. Görüş keçiriləcəksə və bu, konstruktiv olacaqsa, bunu yalnız alqışlamaq olar", - M.Zaxarova deyib.

Ermənistanın Beynəlxalq Qızıl Xaç Komitəsinin təklifi çərçivəsində Azərbaycan tərəfi ilə əsirlərin dəyişdirilməsindən imtina etməsinə toxunan XİN rəsmisi bildirib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində olan bütün anlaşmaları dəstəkləyir:

"Təşəbbüs çox gözəldir, amma onun razılaşmaya çevrilməsi üçün üzərində işləmək lazımdır", - XİN sözçüsü vurğulayıb./report

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26