Interposta.Info

Rusiya XİN Dağlıq Qarabağla bağlı qarşıdakı Moskva görüşünü şərh edib

Siyasət
 27-04-2017, 19:06     630

Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqlar bağlı qapılar arxasında keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.

"Danışıqlar bağlı qapılar arxasında keçiriləcək. Təbii, görüşün əvvəlinə mətbuat nümayəndələri dəvət olunacaqlar. Görüşdən sonra açıqlamalara gəlincə, bu, tərəflərin razılığından asılıdır. Dağlıq Qarabağ məsələsi üzrə danışıqlarda heç bir məxfilik yoxdur, hər şey standart qaydada həyata

keçiriləcək", - M.Zaxarova vurğulayıb.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi üzrə Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin görüşü aprelin 28-də Moskvada keçiriləcək.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26