Interposta.Info

Böyük Britaniya iki azərbaycanlı milyarderə sanksiya tətbiq etdi (YENİLƏNİB)

 

İqtisadiyyat / Dünya
 13-04-2022, 18:06     342

Böyük Britaniyanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiya siyahısına düşənlərin əksəriyyətinin adları məlum olub.

Siyahıda Rusiyanın xarici işlər naziri Sergey Lavrovun həyat yoldaşı Mariya, sahibkar Gennadi Timçenkonun həyat yoldaşı Yelena, milyarder Əlşir Usmanovun bacıları Saodat Narziyeva və Gülbahar İsmailova, "Surqutnefqaz”ın sahibi Vladimir Boqdanov, "Ozon”un keçmiş baş direktoru Aleksandr Şulgin, Rusiya Prezidenti Vladimir Putinin müşaviri Andrey Fursenko, "ESN” şirkətlər qrupunun sahibi Qriqori Berezkin, "Transmaşholdinq” Səhmdar Cəmiyyəti direktorlar şurasının sədri Andrey Borkarev, "Qazprombank”ın vitse-prezidenti Sergey Fursenko, sahibkarlar Səid Kərimov, Fərhad Əhmədov və İor Kesayev də var.

15.16

Böyük Britaniya daha bir qrup rusiyalı milyarderə qarşı sanksiya tətbiq edib.

Sanksiya ilə bağlı sənədə daha 206 yeni maddə əlavə edilib.

Siyahıya Rusiyanın milyarderləri - Qriqori Berezkin, Vladimir Yevtuşenko, Viktor Medvedçuk, Rusiya xarici işlər nazirinin həyat yoldaşı və başqaları daxil edilib.

Siyahıda "Lukoyl” şirkətinin sahibi, əslən azərbaycanlı milyarder Vahid Ələkbərovun da adı var./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26