Interposta.Info

Donald Trampın müşaviri: "ABŞ hələlik Rusiyaya qarşı yeni sanksiya tətbiq etməyi düşünmür"

Dünya
 24-10-2018, 19:03     8 233

"ABŞ hələlik Rusiyaya qarşı yeni sanksiya tətbiq etməyi düşünmür".

Bunu jurnalistlərə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton deyib.

O, bu yaxınlarda ABŞ Rusiyaya qarşı yeni sanksiya tətbiq etdiyini xatırladıb: “Bildiyiniz kimi, 4 ay bundan əvvəl “Skripal qalmaqalı” ilə bağlı Rusiyaya qarşı sanksiya tətbiq etmişik. Bu sanksiyanı ləğv etmək, yaxud uzatmaq üçün 6 ay vaxt keçməlidir"./report

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26