Rusiya Baş nazirinin müavini Bakıda səfərdədir

Hazırda Rusiya Baş nazirinin müavini Aleksandr Novak Bakıda səfərdədir.
"İnterPosta"xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
O, bu barədə ənənəvi brifinq zamanı bəyan edib. Tədbir qurumun sosial şəbəkə səhifəsindən canlı şəkildə yayımlanıb.
Zaxarovanın sözlərinə görə, Novak "Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafı məsələləri ilə bağlı Rusiya-Azərbaycan-İran İşçi Qrupun iclasında iştirak etmək üçün ölkəmizə gəlib.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26