Interposta.Info

Rusiya və Ukrayna Çernobıl AES-in birgə mühafizəsi haqda razılığa gəldi

Dünya
 17-03-2022, 14:26     343

Rusiya tərəfi Ukrayna hərbçiləri ilə Çernobıl Atom Elektrik Stansiyasının (AES) təhlükəsizliyinin birgə təminatı ilə bağlı razılığa gəlib.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

O qeyd edib ki, Rusiya və Ukrayna enerji bloklarının və sarkofaqların təhlükəsizliyinə birgə nəzarət edəcəklər: "Rusiya hərbçilərinin Çernobıl AES-ə nəzarəti ələ keçirməsi onun təhlükəsizliyinə xələl gətirməmək üçün həyata keçirilib”.

Zaxarova əmin edib ki, Rusiya tərəfi bu obyektin təhlükəsizliyini təmin etmək üçün bundan sonra da hər cür səy göstərmək niyyətindədir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26