Interposta.Info

Avstraliya Putin soyadlı 3 Rusiya məmuruna sanksiya tətbiq edib

 

Dünya
 1-07-2022, 10:38     296

Daha 16 Rusiya vətəndaşı Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar Avstraliyanın sanksiyalar siyahısına daxil edilib.

Bu barədə Avstraliya Federal Reyestrinin məlumatlarında qeyd olunub.

Sənədə əsasən, Olimpiya çempionu, Milli Media Qrupunun direktorlar şurasının sədri Alina Kabaeva, uşaq ombudsmanı Mariya Lvova-Belova, Kənd Təsərrüfatı Nazirliyinin rəhbəri Dmitri Patruşev, tikinti naziri İrek Fayzullin və nəqliyyat naziri Vitali Savelyev barəsində məhdudiyyətlər qoyulub.

Bundan əlavə, “Peçenqa” Beynəlxalq Dəniz Limanı” ASC-nin direktorlar şurasının rəhbəri İqor Putin, “Sogaz” sığorta şirkəti idarə heyətinin sədr müavini Mixail Putin və “MRT Şirkətlər Qrupu” MMC-nin direktorlar şurasının sədri Roman Putin sanksiyalara məruz qalıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26