Interposta.Info

Putin ona qulaq asmayan Tatarıstan liderini danladı

Dünya
 13-02-2019, 08:37     10 354

Rusiya prezidenti Vladimir Putin Dövlət Şurası Rəyasət Heyətinin iclasında Tatarıstan rəhbəri Rüstəm Minnixanovu iki dəfə tənbeh edib.

"Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, Putin Minnixanovdan bir məsələ barədə məruzə etməsini istəyərkən tatar lider duruxub. Bunu görən prezident deyib:

"Rüstəm yəqin ki nədən danışdığımızı bilir. Elədir, Rüstəm Nurqaliyeviç? Fikrin yayınmasın. Bizi eşitmir... Yaxşı, respublika rəhbərini pis vəziyyətdə qoymayaq. Eşitmədi ki, biz nədən danışırıq”.

Bir qədər sonra Dövlət Şurasının işçi qrupunun rəhbəri kimi Minnixanova söz verilib. Ancaq tatar lider bu dəfə küncdəki mikrofona tərəf gedib. Putin bu dəfə zarafatla iradını bildirib: "Götürdü və harasa getdi. Hara getdin?”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26