Interposta.Info

Avstraliyadan Rusiyanın daha 14 iri şirkət və təşkilatına sanksiya

Ölkə
 14-04-2022, 16:27     216

Avstraliya Rusiyanın Ukraynadakı müharibəsi səbəbilə Rusiyanın 14 şirkət və təşkilatına iqtisadi sanksiya tətbiq edib.

Qaynarinfo TASS xəbər agentliyinə istinadən xəbər verir ki, iqtisadi sanksiyaların qoyulduğu şirkətlərə enerji və yanacaq şirkətləri Qazprom, Qazprom Neft və Transneft, yük maşınları istehsalçısı KAMAZ, Almaz hasilatçısı Alrosa, Ruselektroniks holdinq, Rostelekom, RusHydro su elektrik şirkəti, Müştərək gəmiqayırma korporasiyası, Sevmash, Sovomflot, Novorosiya dəniz limanı, Sogaz siğorta şirkəti və Visit Russia milli səyahət şirkəti daxildir.

İndiyə qədər Avstraliya Prezident Putin və Lukaşenko başda olmaqla 500-dən çox Rusiya və Belarus vətəndaşına sanksiya tətbiq edib.

Bundan əlavə Avstraliya Rusiyaya silah və silah hissələrinin, xam mal, neft və qaz hasilatı üçün avadanlıq irxacına, həmçinin Rusiyadan enerji mənbələrinin, silah və hissələrinin də idxalına sanksiya qoyub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26