Interposta.Info

Türkiyə ərazisi Suriyadan yenidən raket atəşinə tutuldu (YENİLƏNİB)

Dünya
 21-11-2022, 17:23     184

Suriyanın şimalından Türkiyə ərazisi yenidən atəşə tutulub.

Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölkənin Kilis şəhərinə 3 raket düşüb.

Hadisə nəticəsində ölən və ya yaralanan olmayıb.

13:58

"Terrorçuların Qaziantepə hücumu nəticəsində 1 uşaq və 1 müəllim hadisə yerində həlak olub”.

Qaynarinfo xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, yaralılardan biri xəstəxanada dünyasını dəyişib: "Yaralılarımızın müalicəsi isə davam edir".
Ətraflı

Nazir söyləyib ki, raket mərmiləri məktəb ərazisinə də düşüb.

S.Soylu qeyd edib ki, Türkiyə Silahlı Qüvvələri xain hücuma sərt cavab verəcək.

13.40

PKK/YPG terror qruplaşması Suriyanın şimalından Türkiyənin Qaziantep şəhərinin Karkamış rayonuna 5 raket atıb.

Qaynarinfo "Habertürk”ə istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər həlak olub, 6 nəfər yaralanıb.

Əraziyə təcili tibbi yardım maşınları və xilasedicilər cəlb olunub.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri noyabrın 20-də Suriya və İraqın şimalında yeni anti-terror əməliyyatına başlayıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26