Terrorçular Suriyadan Türkiyəyə top atıb, 2 dinc sakin ölüb
Terrorçu PKK/YPG-PYD-nin Suriyanın Dərbəsiyyə bölgəsindən Türkiyənin Mardin əyalətinin Kızıltepe rayonuna top mərmisi ilə etdiyi hücum nəticəsində 2 sakin şəhid olub, 12 nəfər yaralanıb.
Məlumatı “Anadolu” agentliyi yayıb.
Bildirilib ki, top mərmisi Kızıtepe rayonunun Taşlıca məhəlləsinə düşüb.
Suriyanın bu ərazi PKK-nın nəzarət altındadır.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə oktyabrın 9-dan Suriyanın şimalında “Barış pınarı” antiterror əməliyyatına başlayıb. Məqsəd Türkiyə-Suriya sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, Suriyada əmin-amanlığın yaradılmasına nail olmaqdır./report
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26