Interposta.Info

Türkiyədə terrorçular hərbi hissəyə raket atıb, 1 hərbçi şəhid olub, 4 nəfər yaralanıb

Dünya
 9-10-2018, 14:03     10 403

İraqın şimalından, Zap bölgəsindən Türkiyənin Hakkari əyalətinin Çukurca rayonunda yerləşən hərbi hissəyə raket atılması nəticəsində 1 hərbçi şəhid olub, 3-ü hərbçi olmaqla 4 nəfər yaralanıb.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Hakkari valiliyi açıqlama yayıb.

Bildirilib ki, Çukurca rayonunun Güvən dağı bölgəsində yerləşən hərbi hissəyə terrorçu PKK qruplaşması iki raket atıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Xatırladaq ki, ötən həftə Türkiyənin Batman əyalətinin Hasankeyf rayonunda törədilən partlayış nəticəsində 7 hərbçi şəhid olmuşdu.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26