Interposta.Info

Türkiyədə silah anbarında baş verən partlayışda şəhid olan əsgərlərin sayı 7-yə çatıb, 25 yaralı var

Dünya
 10-11-2018, 15:48     10 367

Hakkari bölgəsində yerləşən silah anbarında baş verən partlayış nəticəsində şəhid olan əsgərlərin sayı 7-yə çatıb.

Bunu Fransaya səfərə yola düşməzdən əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, hadisə nəticəsində 25 hərbçi yaralanıb: “Yaralılardan 4-nün vəziyyəti ağırdır. Onlar təcili tibbi yardım təyyarəsi ilə Ankaraya gətirilir və müalicələri paytaxtdakı xəstəxanada davam etdiriləcək”.

Türkiyənin Hakkari bölgəsində yerləşən silah anbarında baş verən partlayış nəticəsində 4 əsgər şəhid olub.

Bunu ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O qeyd edib ki, hadisə nəticəsində 20 hərbçi yaralanıb./report

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26