Interposta.Info

Türkiyədə polis maşını partladıldı – 1 nəfər şəhid oldu

Dünya
 4-08-2018, 21:33     10 433

Türkiyənin Hakkari əyalətinin Yüksekova rayonunda zirehli polis avtomobili minaya düşüb, bir polis əməkdaşı şəhid olub, 8 polis yaralanıb.

Unikal.org “Haber7” istinadən xəbər verir ki, məlumatı təhlükəsizlik qurumları yayıb.

Partlayış polis avtomobilinin keçəcəyi yola terrorçu PKK qruplaşmasının yerləşdirdiyi uzaqdan idarə edilən partlayıcının işə salınması nəticəsində baş verib.

Bölgədə antiterror əməliyyatı davam edir.

interposta.info

Türkiyədə polis maşını partladıldı – 1 nəfər şəhid oldu

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26