Türkiyədə PKK terrorçuları polisə hücum edib

Atışma nəticəsində 1 polis əməkdaşı həlak olub, 2-si yaralanıb
Türkiyənin Şanlıurfa vilayətinin Halfeti rayonunda xidmət aparan polis əməkdaşları PKK terrorçularının hücumuna məruz qalıblar.
Yerli mətbuat yazır ki, mayın 18-də gecə saatlarında baş verən atışma nəticəsində 1 polis əməkdaşı həlak olub, 2-si yaralanıb. Hücum edən terrorçulardan ikisi məhv edilib.
Konyada isə polis qüvvələri İŞİD terror qruplaşmasına qarşı uğurlu antiterror əməliyyatı keçiriblər. Şübhəli şəxs qismində həbs olunan 9 nəfərin terrorçu kimi təlim gördükləri müəyyən olunub. Saxlanılanlar İraq və Suriya əsilli şəxslərdir./AzPolitika.info
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26