Interposta.Info

Türkiyədə yenə terror —

Dünya
 10-01-2017, 17:04     543

Türkiyədə yenə terror —
interposta.info bildirir ki, Ölkə.Az xəbər verir ki, Qaziantep baş polis idarəsinin qarşısında atışma olub. Əraziyə çoxlu təcili tibbi yardım maşınları cəlb edilib.

Qaziantepin İncilipınar məhləsində yerləşən baş polis idarəsinin qarşısında Türkiyə vaxtı ilə 15:15 radələrində silah səsləri eşidilib. İki dəqiqə davam edən atışmadan sonra əraziyə təcili tibbi yardım maşınları cəlb edilib.

Polis idarəsinin qarşısındakı küçədə bir nəfərin yerə uzandığı bildirilir. Ərazidə təhlükəsizlik tədbirləri alınıb. Polis heç kəsi əraziyə buraxmır. Yerdə uzanan şəxsin üzərində bomba ola bilmə ehtimalına görə mütəxəssislər dəvət edilib. Bir polis əməkdaşı yaralanıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26