Interposta.Info

Rizə polis şöbəsində atışma: polis rəisi öldürüldü

Dünya
 11-12-2018, 18:41     394

Həkimlərin cəhdlərinə baxmayaraq Altuğ Verdinin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Verdi bu vəzifəyə 2017-ci ildə təyin edilmişdi.

***
Türkiyənin Rizə şəhərində polis şöbəsində silah səsləri eşidilib.

Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə yerinə çox sayda təcili yardım qrupu cəlb edilib. Yaralıların olduğu bildirilir.

Daxili işlər naziri Süleyman Soylu Rizə polis rəisi Altuğ Verdinin vurulduğunu bildirib. Xəstəxanaya aparılan rəisin vəziyyəti ağırdır.

Qeyd edək ki, polis rəisinin digər polis tərəfindən vurulduğu deyilir. Hadisədə daha 3 nəfər də yaralanıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26