Interposta.Info

Türkiyədə polis və jandarma bir-biri ilə atışdı –

Dünya
 13-05-2017, 16:19     632

Türkiyənin Hatay vilayətinin Hassa mahalında terrorla mübarizə əməliyyatı zamanı yanlışlıqla polis və jandarma üzvləri arasında atışma olub.

Axar.az xəbər verir ki, atışma nəticəsində Niyazi Elçin adlı zabit şəhid olub, 1 əsgər və 1 polis yaralanıb.

Olayla bağlı Hatay rəsmilərinin yaydığı açıqlamada deyilir:

“PKK terror təşkilatına qarşı başladılan əməliyyat üçün bölgədə pusquda duran polislər eyni məqsədlə əraziyə daxil olan jandarma qruplarını terrorçu zənn edərək atəş açıb. Yaralılar müalicə üçün Hatay Dövlət Xəstəxanasına yerləşdirilib. Hadisə ilə bağlı istintaq başladılıb”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26