Əfqanıstanda partlayış nəticəsində azı altı polis əməkdaşı ölüb

Əfqanıstanın “Pajhwok” informasiya agentliyinin yaydığı məlumata görə, ölkənin cənubundakı Hilmənd əyalətinin Nad-e-Ali rayonunda avtomobilin partlaması nəticəsində azı 6 polis əməkdaşı ölüb.
AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, Əfqanıstanın yerli 1tv.af telekanalının məmura istinadla yaydığı məlumatda partlayışın intiharçı-terrorçu tərəfindən törədildiyi bildirilir. Hadisənin məsuliyyətini heç bir qruplaşma öz üzərinə götürməyib.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26