Interposta.Info

Əfqanıstanda silsilə partlayış törədilib,

Dünya
 10-01-2017, 18:17     615

Əfqanıstanda silsilə partlayış törədilib,

Əfqanıstanın Leşkərgah şəhərində terrorçu-kamikadzenin özünü partlatması nəticəsində azı 7 nəfər ölüb

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bu barədə Leşkəragah Şəhər Polis İdarəsindən bildirilib.

Məlumata görə, terrorçu-kamikadze partlayışı şəhərin təhlükəsizlik idarəsinin rəhbərliyinin yerləşdiyi binanın qarşısında törədib.

Yerli polis patlayışın Gilmənddə təhlükəsizlik qüvvələrinin təmsilçiləri ilə barışığa razı olan silahlılar arasında görüş keçirilən zaman baş verdiyini açıqlayıb.

Eyni zamanda, ölkə paytaxtı Kabulda parlamentin binası yaxınlığında iki partlayış olub.
Yerli hökumət təmsilçisinin məlumatına görə, terrorçu-kamikadze partlayışı paytaxtın Darüləman rayonunda törədib.

Təsdiqlənməyən xəbərə əsasən, partlayış nəticəsində 50-yə yaxın insan ölüb və yaralanıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26