Əfqanıstanda xəbər agentliyi partladıldı:
Əfqanıstanın paytaxtı Kabildə yerli informasiya agentliyi ofisinin və sosial-mədəniyyət mərkəzinin yaxınlığında iki güclü partlayış olub.
Oxu.Az-ın İnterfaks-a istinadən verdiyi məlumata görə, hadisə nəticəsində ən azı 40 nəfər həlak olub, 30-a yaxın insan xəsarət alıb.
Hadisə yerli vaxtla 10:30-da baş verib. İlkin məlumata əsasən, partlayış terrorçu-kamikadze tərəfindən törədilib.
Bildirilir ki, əsas məqsəd “Afghan Voice Agency” xəbər agentliyinin partladılması olub. Ölənlər arasında üç jurnalist var.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26