Interposta.Info

Türkiyənin xüsusi təyinatlı qüvvələri Afirinə girdi - VİDEO

Dünya
 26-02-2018, 13:21     10 979

Türkiyənin Jandarma və Xüsusi Təyinatlı Polis Qüvvələri Suriyanın Afirin bölgəsinə girib.

“Report” CNNTürk-ə istinadən xəbər verir ki, məlumatı Türkiyənin Daxili İşlər Nazirliyi yayıb.

Bildirilib ki, bu qüvvələr Türkiyə-Suriya sərhədində, o cümlədən Afrin bölgəsində təhlükəsizlik və sabitliyi təmin edəcək, yerli sakinləri PKK/PYD-YPG və İŞİD terrorçularının təzyiq və hücumlarından qoruyacaq.

Bundan başqa, xüsusi təyinatlılar azad olunan kəndlərə terrorçuların yenidən girməsinin qarşısını alacaqlar.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu ilə birlikdə yanvarın 20-də Afrində “Zeytun budağı” adlı əməliyyata başlayıb. 38 gündür davam edən əməliyyat nəticəsində terrorçu PKK/PYD-YPG və İŞİD qruplaşmalarının 2059 silahlısı məhv edilib.

interposta.info


Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26