Terrorçular Türkiyə ərazisini raketlə vurdu -2 ölü, 12 yaralı ( FOTO )
Suriyanın Afrin bölgəsindən Türkiyənin Kilis şəhərinə raket zərbələri endirilməsi nəticəsində ölənlərin sayı 2-yə çatıb.
Musavat.com NTV telekanalına istindən xəbər verir ki, hadisə nəticəsində 12 nəfər yaralanıb. Onların həyatlarına təhlükə yoxdur.
****
Verilən son xəbərlərə görə, terrorçular tərəfindən Türkiyənin Kilis şəhərində məscidlərdən birinə atılan raket 1 nəfərin ölməsinə, 13 nəfərin yaralanmasına səbəb olub.
Şəhər merinin açıqlamasına görə, raket hazırda türk əsgərinin qızğın əməliyyatlar apardığı Suriyanın Afrin bölgəsindən atılıb.
Hazırda ərazi polis nəzarətindədir.
****
Suriya ərazisindən Türkiyənin Kilis şəhərinə raket atılıb.
Musavat.com bu barədə Türkiyənin ATV telekanalına istinadən xəbər verir. Məlumata görə, atılan mərmi məscidə düşüb. Nəticədə içəridə namaz qılan adamlar dağıntılar altında qalıblar.
Bu dəqiqələrə olan məlumata görə, hadisə nəticəsində 2-si ağır olmaqla 9 nəfər yaralanıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Raketin PKK/PYD terrorçuları tərəfindən atıldığı bildirilir.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26