Türkiyəyə 3 raket zərbəsi - 1 ÖLÜ, 32 YARALI/FOTO
Bu gün Suriyanın Afrin bölgəsindən Türkiyənin Hatay rayonunun Reyhanlı qəsəbəsinə 3 raket atılıb.
"BakuPost” Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 32 nəfər yaralanıb. Ölən şəxsin Suriya vətəndaşı olduğu bildirilir. Yarlanan 32 nəfərdən isə ikisinin vəziyyəti ağırdır.
Məlumata görə raketlər 16:00 radələrində qəsəbəyə 3 fərqli yerlərə atılıb. Pınarbaşı, Gültepe ve Mustafa Kemal Paşa məhəllələrinə düşən raketlər böyük qorxuya səbəb olub. Raketlərin düşdüyü məhəllələrdə evlərlə yanaşı küçədəki avtomobillər də zərər görüb.
Hadisə yerinə təcili tibbi yardım cəlb olunub.
Qeyd edək ki, dünən Türkiyə Baş Qərargahı yerli vaxtla saat 17:00-da Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı başladığını, hərbi əməliyyatda məqsədin bölgənin PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26