Interposta.Info

Afrin bölgəsindəki ikinci ən böyük şəhər PYD/YPG terrorçularından təmizlənib

Dünya
 8-03-2018, 15:51     10 454

Bu gün Türkiyə ordusu müxalif Azad Suriya Ordusu ilə birgə Suriyanın Afrin bölgəsində həyata keçirilən "Zeytun budağı" əməliyyatı nəticəsində Cinderes şəhəri PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən təmizlənib.

APA-nın məlumatına görə, bu barədə bu gün "Anadolu" agentliyi məlumat yayıb.

Cinderes rayon mərkəzi olan bu şəhər Afrin bölgəsində ikinci ən böyük şəhərdir.

Qeyd edək ki, bu il yanvarın 20-də Türkiyə ordusu müxalif Azad Suriya Ordusu ilə birgə Suriyanın Afrin bölgəsində həyata keçirilən "Zeytun budağı" əməliyyatına başlayıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26