Interposta.Info

Türkiyə ordusu Afrin mərkəzinin bir addımlığında:

Dünya
 7-03-2018, 16:26     10 410

Türkiyə Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusunun (ASO) yanvarın 20-dən davam edən Afrin əməliyyatı 47-ci günündə fasiləsiz davam edir.

Avropa.info xəbər verir ki, bir qəsəbə mərkəzi və Racu, Bülbül, Şeyx Hədid, Cinderes, Şeran və Mabatlı da daxil olmaqla 6 bölgə mərkəzindən ibarət Afrinin mərkəzinə girmək üçün ən əhəmiyyətli məntəqələrdən olan Cinderes şəhər mərkəzində yerli icra əməliyyatları aparılır.

“Zeytun budağı” əməliyyatı çərçvəsində TSQ və ASO dünən axşam Cinderes bölgəsinə bağlı Tall Hamu kəndi ilə qəsəbənin şimal-şərqindəki Şeran bölgəsinə bağlı Matinli kəndini terrorçulardan təmizləyib.

Bundan əvvəl 6 mərkəzdən Racu, Bülbül, Şeyx Hədid və Şeran bölgələri terror təşkilatlarından təmizlənməşdi.

İlk adım olaraq bölgədə bir strateji yüksəkliyin və bəzi tikililərin ələ keçirilməsiylə Cinderesin mərkəzinə düzənlənən əməliyyatlarda irəliləyiş müşahidə edilir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26