Terrorçular Türkiyə hərbçilərinə hücum etdi:
Türkiyənin Suriya ilə sərhəddə yerləşən Kilis keçid məntəqəsi PYD terrorçuları tərəfindən atəşə tutulub.
Axar.az xəbər verir ki, silahlı olay nəticəsində bir hərbçi yaralanıb.
Ardınca isə Türkiyə Silahlı Qüvvələri terrorçuların nəzarətində olan Afrin ərazisini top atəşinə tutmağa başlayıb.
Yaralı hərbçinin xəstəxanaya yerləşdirildiyi bildirilib.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26