İran-Türkiyə sərhədində atışma olub,

İranın Qərbi Azərbaycan əyalətində terrorçularla atışmada 8 iranlı sərhədçi həlak olub.
APA-nın Tehran bürosunun məlumatına görə, sərhədçilərlə terrorçular arasında atışma İran- Türkiyə sərhədində, Çaldıran bölgəsində baş verib.
Rəsmi məlumata görə, atışma zamanı terrorçular ağır itki verib. Silahlıların hansı qruplaşmanın üzvləri olduğu barədə məlumat verilmir.
Qeyd edək ki, aprel ayında İran-Pakistan sərhədində hərbçilər və terrorçular arasında baş verən atışmada 10 iranlı sərhədçi həlak olub.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26