Interposta.Info

Tacikistan-Əfqanıstan sərhədində atışma: səkkiz ölü

Dünya
 27-08-2018, 22:22     10 407

Tacikistan-Əfqanıstan sərhədində silahlı münaqişə meydana çıxıb.

Oxu.Az NTV-yə istinadən xəbər verir ki, tacik sərhəd müdafiəçiləri ilə silahlı qrup arasında çıxan insident zamanı iki tacik sərhədçi, silahlı qrupdan isə altı nəfər ölüb.

Silahlıların “Taliban” üzvləri olduğu bildirilir. Əfqanıstan rəsmiləri insidentdən sonra rus və ya tacik hərbi təyyarələrinin bölgəni bombaladığını deyiblər.

“Taliban” silahlı münaqişə xəbərini təsdiqləyib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26