Interposta.Info

Əfqanıstanın 65 faizinə artıq Taliban nəzarət edir: 180 minlik ordu onlarla bacarmır

Dünya
 11-08-2021, 13:17     475

Taliban hərəkatının Əfqanıstan ərazisinin 65%-ə qədərinə nəzarət edir. Xarici qüvvələrin çıxarılmasından sonra hökumət qüvvələri ciddi şəkildə zəifləyib.

"İnterPosta"TASS-a istinadla xəbər verir ki, bu sözləri adının çəkilməsini istəməyən Avropa Birliyinin nümayəndəsi deyib.

"Hazırda Taliban ölkə ərazisinin 65%-nə nəzarət edir. Əfqanıstan silahlı qüvvələrinin imkanları, Əfqanıstan ordusuna təlim və yardım göstərən Qərb hərbi personalının Əfqanıstandan çıxarılması ilə əhəmiyyətli dərəcədə məhdudlaşıb”, - AB nümayəndəsi Brüsseldə keçirdiyi brifinqdə jurnalistlərə deyib.

Diplomatın sözlərinə görə, yaraqlılarla üz-üzə durmaq vəzifəsi təxminən 75 min nəfərlik Əfqanıstan xüsusi təyinatlıları tərəfindən həyata keçirilir. Onun sözlərinə görə, bunlar NATO təlimatçılarının xüsusi təlim keçdiyi ən döyüşə hazır hissələrdir. Bütün Əfqanıstan ordusunun sayı 180 min nəfəri keçir.

Diplomat xarici qoşunların geri çəkilməsinin Əfqanıstan Milli Müdafiə və Təhlükəsizlik Qüvvələrinin mənəviyyatını və təchizat sistemini əhəmiyyətli dərəcədə pozduğunu bildirib. O əlavə edib ki, Əfqanıstan Hərbi Hava Qüvvələri maddi-texniki problemlərə görə çox vaxt xüsusi təyinatlıların əməliyyatlarına dəstək verə bilmir. Silahlılar Qərb koalisiyasının qüvvələrindən qorxmağı dayandıraraq hərbi hissələrə və nəzarət məntəqələrinə daha tez-tez hücum etməyə başlayıblar. Rəsmi hərbi qüvvələr hücumları effektiv şəkildə dəf etmək üçün təlim və döyüş təcrübəsinə malik deyillər.

Xatırladaq ki, Əfqanıstanda Taliban kənd yerlərində böyük əraziləri ələ keçirərək şəhərlərə hücum edir. Amerika qoşunlarının geri çəkilməsi fonunda ölkədə qeyri-sabitlik artıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26