Interposta.Info

“Taliban” insan haqlarına hörmət etdiyini bildirdi: ancaq bir şərtlə...

Dünya
 26-07-2021, 19:38     386

Terror təşkilatı "Taliban” üzvləri Avropa Birliyi nümayəndələri ilə görüşündə İslam dəyərləri daxilində insan haqlarına hörmət etdiklərini elan ediblər.

"İnterPosta" xəbər verir ki, bu barədə "Taliban” nümayəndəsi Məhəmməd Naim öz Twitter səhifəsində məlumat verib.

"İslam Əmirliyinin (Əfqanıstan. - Red.) Nümayəndə heyəti İslam dəyərləri və milli maraqlar baxımından insan haqlarına sadiq olduğumuzu onlara bildirdi", - Naim yazıb.

O, əlavə edib ki, görüş zamanı "Taliban” Siyasi Bürosunun Avropa əlaqələri şöbəsinin müdiri Molla Əbdül Həqa əl-Vatiq və AB-nin Əfqanıstandakı Xüsusi Nümayəndəsi Tomas Nikolson mövcud vəziyyəti və bölgədəki sülh prosesini müzakirə ediblər.

Həmin gün Nikolson Əfqanıstan hökumətinin rəsmi nümayəndəsi Məhəmməd Məsum Stenkzai ilə görüşüb. Stenkzai ölkə rəhbərliyinin sülh danışıqlarını davam etdirmək niyyətində olduğunu söyləyib.

Xatırladaq ki, may ayında ABŞ Əfqanıstandan qoşunlarını geri çəkməyə başlayıb və bundan sonra "Taliban” yaraqlıları ölkədə daha da aktivləşib. Rusiya xarici işlər naziri Sergey Lavrov "Taliban”ın artıq Əfqanıstan ərazisinin 80%-nə nəzarət etdiyini bildirib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26