Interposta.Info

Taliban lideri: "Məqsədlərimizə çatanadək vuruşacağıq"

Dünya
 1-06-2019, 15:33     10 336

"Taliban öz məqsədlərinə çatanadək vuruşmağa davam edəcək".
ONA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu sözləri Taliban lideri Molla Heybətulla Axundzadə özünün illik müraciətində deyib.

"Heç kim bizdən cihadın qaynar döyüş meydanlarına soyuq su tökməyimizi və ya öz məqsədlərimizə çatmadan 40 illik qurbanlarımızı unutmağı gözləməməlidir. Taliban İslam sisteminin işğalına son verməyi hədəfləyib”, - deyə o bildirib.

"İslam Əmirliyi daxili dialoqa qarşı yönələn diplomatik maneələrə fikir verməyəcək. Biz sevgili vətənimizdə bütün əfqanlar üçün məqbul olan suveren, islami və inkluziv hökumətin qurulmasını istəyirik", Taliban lideri deyib.

Taliban lideri əlavə edib ki, onlar Kabul ilə açıq danışıqlara hazır deyillər.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26