Interposta.Info

"Taliban" lideri öldürüldü

Dünya
 4-11-2021, 09:49     109 138

Ötən gün Əfqanıstanın paytaxtı Kabildə törədilən güclü partlayış nəticəsində “Taliban” liderlərindən biri olan Həmdullah Mohlis həyatını itirib.

Xəbər “Taliban” rəhbərliyində təmsil olunan şəxslər tərəfindən də təsdiq edilib.

Məlumatda qeyd olunur ki, Kabildə baş verən partlayışdan sonra Həmdullah Mohlis dərhal hadisə yerinə yollanıb və radikal qruplaşmaların üzvləri ilə atışmada həlak olub.

Mənbə əlavə edir ki, H. Mohlis Əfqanıstanda hakimiyyət dəyişikliyi baş verəndən sonra öldürülən ən yüksək vəzifəli “Taliban” rəsmisi hesab olunur.

Xatırladaq ki, ötən gün Əfqanıstanın paytaxtı Kabildə törədilən partlayış nəticəsində 23 nəfər ölüb, 50 nəfər yaralanıb. Mənbə: AFP

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26