Interposta.Info

İŞİD "Taliban"ın məşhur komandirini öldürdü
 

Dünya
 3-11-2021, 13:23     302

Xəbər verdiyimiz kimi, dünən günorta saatlarında Əfqanıstanın paytaxtı Kabildə Sərdar Məhəmməd Davud Xan Xəstəxanasına silahlı və bombalı terror aktı həyata keçirilib.

Baş verən insidenti İŞİD öz üzərinə götürüb. Belə ki, İŞİD sosial media paylaşımda, "Kabilin Vəzir Əkbər Xan bölgəsindəki Serdar Məhəmməd Davud Xan Xəstəxanasına 5 hücumçu ilə təşkil etdiyi terrorda aralarında tanınmış "Taliban" komandiri də daxil olmaqla bir çox qrup üzvünün öldürülüb", - deyə qeyd edib.

Bildirək ki, xəstəxanada baş verən partlayış nəticəsində 25 nəfər ölüb, 50-dən çox insan isə yaralanıb./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26