Interposta.Info

Kabildə terror aktı:

Dünya
 27-01-2018, 16:43     10 423

Əfqanıstanın paytaxtı Kabil şəhərində partlayış baş verib.

XeberBiz Qaynarinfo-a istinadən xəbər verir ki, hadisə Əfqanıstan Daxili İşlər Nazirliyinin keçmiş binasının yaxınlığında qeydə alınıb.

İçərisində terrorçunun olduğu minalanmış avtomobil partlayıb. Partlayış nəticəsində 40 nəfər ölüb, 140 nəfər yaralanıb . Ölü və yaralı sayının artacağı istisna edilmir.

"Taliban" hərəkatı hadisənin məsuliyyətini üzərinə götürüb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26