Interposta.Info

Somalidə terror aktı törədilib, 15 nəfər ölüb, 9 nəfər yaralanıb

Dünya
 20-06-2017, 19:27     525

Somalinin paytaxtı Moqadişidə intiharçı-kamikadzenin avtomobillə törətdiyi terror aktı nəticəsində 15 nəfər ölüb, 9 nəfər yaralanıb.

“Report” "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Moqadişi Təhlükəsizlik İdarəsinin rəisi Məhəmməd Hüseyn bildirib.

Onun sözlərinə görə, hücum süd paylayan maşın nişanı vurulan avtomobilin partladılması nəticəsndə baş verib.

M.Hüseyn terror aktı qurbanlarının sayının artacağını istisna etməyib.

Rəsmi dairələr terrorun törədənin adını hələ açıqlamasa da, terrorçu “Əş-Şəbab” qruplaşması hadisənin məsuliyyətini üzərinə götürüb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26