Interposta.Info

“Taliban” Türkiyə əsgərlərinin Əfqanıstandan çıxarılmasını tələb edir

Gündəm
 24-08-2021, 21:08     943

“Taliban” hərəkatı Türkiyə əsgərlərini Əfqanıstanda görmək istəmədiyini açıqlayıb.

APA-nın xəbərinə görə, RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, “Taliban”ın rəsmi nümayəndəsi Zabihullah Mücahid bildirib. Z. Mücahid deyib ki, "Taliban" Türkiyə ilə yaxşı münasibət istəsə də, Əfqanıstanda türk əsgərlərini görmək istəmirlər: "Biz Türkiyə ilə yaxşı münasibətlər istəyirik, amma əsgərlərinin Əfqanıstanda olmasını istəmirik".

“Taliban” Kabil hava limanının təhlükəsizliyini müstəqil olaraq təmin edəcəyini açıqlayıb.

Qeyd edək ki, “Taliban” hərəkatı Kabil Beynəlxalq Hava Limanına gedən yolu bağlayıb, aeroporta yalnız əcnəbilər buraxılır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26