Interposta.Info

Bakıda tarixi sülh danışıqları başladı

Siyasət
 28-06-2018, 12:37     10 459

Bakıda Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısı keçirilir.

"XeberBiz" APA-ya istinadən xəbər verir ki, tədbirdə xarici işlər nazirinin müavini Araz Əzimov, Əfqanıstan xarici işlər nazirinin müavini Hikmət Kərzayi, ABŞ-ın Dövlət Katibinin Cənubi Qafqaz və Orta Asiya Məsələləri üzrə köməkçisinin müavini Elis Uells və 60-a yaxın ölkədən nümayəndə iştirak edir. Əfqanıstanla birlikdə Almaniya Federativ Respublikası Beynəlxalq Təmas Qrupunun həmsədri rolunda çıxış edir.

Tədbirə Əfqanıstanın dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri də qatılıb.

"Bu gün Bakıda keçirilən toplantının Əfqanıstan münaqişəsi baxımından çox faydalı olacağını düşünürəm".

Bunu Bakıda keçirilən Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısında iştirak edən Əbdülsələm Zəif deyib.

O bildirib ki, bugünkü toplantıda bir çox məsələ, eləcə də "Taliban" və Əfqanıstan arasında sülh prosesinə dair danışıqların növbəti mərhələsi müzakirə ediləcək.

"Eyni zamanda Əfqanıstandakı seçkilər, hərbi əməliyyatlar da müzakirə ediləcək. Sonuncu sessiyada "Taliban"la sülh prosesinə dair növbəti addımlara dair çıxışım olacaq", - deyə o əlavə edib.

Ə. Zəif Bakıya ilk səfərinin olduğunu vurğulayıb və deyib ki, Əfqanıstanın gələcəyinin işıqlı olacağına inanır.

Qeyd edək ki, Ə. Zəif "Taliban"ın hakimiyyəti dövründə Əfqanıstanın Pakistandakı səfiri olub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26