Interposta.Info

Əfqanıstan XİN: Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəkləyirik

Siyasət
 21-09-2020, 13:40     526

Əfqanıstanla Azərbaycan arasında münasibətlər çox yüksək səviyyədədir. Eyni zamanda Əfqanıstan Dağlıq Qarabağ münaqişəsilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyir.

Bu barədə “Report”a Əfqanıstan Xarici İşlər Nazirliyindən bildirilib.

Məlumatda həmçinin Lapis-Lazuli nəqliyyat dəhlizi işə salınandan sonra iki ölkə arasında daha geniş əməkdaşlıq imkanlarının açılacağı da qeyd olunub: “Nəqliyyat, tranzit, rabitə məsələlərilə bağlı Əfqanıstan, Azərbaycan və Türkmənistanın müvafiq işçi qrupları arasında ilk görüş 2020-ci il iyulun 27-də keçirilib. Əsas məqsəd kommersiya yüklərinin daşımalarında qarşılıqlı dəstəkdir”.

Bununla yanaşı, cari ilin iyun ayında Azərbaycanın koronavirus pandemiyasına qarşı mübarizə aparmaq üçün Əfqanıstan tərəfinə humanitar yardım şəklində 22,76 ton dava-dərman verdiyi də xatırlanıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26