Interposta.Info

Raket zərbələrinə hədəf olmuş Hüms qubernatoru:

Dünya
 7-04-2017, 12:42     531

Hüms qubernatoru raket zərbələri nəticəsində 5 nəfərin ölməsi, daha 7 nəfərin yaralanması barədə məlumat verib.

Hüms vilayətinin qubernatoru Talal əl-Bərrazi bildirib ki, ABŞ-ın raket zərbələrinin nəticəsində çox sayda həlak olan və yaralılar var.

Trend-in məlumatına görə, qubernator belə bir informasiya ilə "Əl-Mayadin" telekanalında çıxış edib.

O deyib: "Suriyanın mərkəzində Şayrat aerodromuna ABŞ tərəfindən atılan raket zərbələri nəticəsində ölən və yaralananlar var".

Talal əl-Bərrazinin sözlərinə görə, aerodrom ərazisində raket zərbələrindən baş vermiş yanğının söndürülməsi və yaralıların təxliyə edilməsi bir neçə saat çəkib".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26