Interposta.Info

Suriya yenidən

Dünya
 17-04-2018, 10:56     10 534

Suriyanın hərbi aerodromuna raket zərbələri endirilib.

"XeberBiz" Qaynarinfo-a istinadən xəbər verir ki, ölkənin Hava Hücumundan Müdafiə Qüvvələri Hüms əyalətindəki "Şayrat” aviabazası və Dəməşqdən 50 km şimalda yerləşən Dümeyr aerodromuna raket zərbələri endirilib.

TASS agentliyinin məlumatına görə, Suriyanın havadan müdafiə sistemləri "Şayrat” aviabazasına atılan 6, Dümeyrə atılan 3 raketi hədəfə çatmamış vurub.

Zərbələr Suriyaya Livan ərazisindən daxil olan İsrail Hərbi-Hava Qüvvələrinin təyyarələri tərəfindən endirilib. Məlumat rəsmi olaraq Suriya hökuməti tərəfindən təsdiqlənməyib. İlkin məlumata görə, insident nəticəsində ölən və yaralanan yoxdur.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26