Interposta.Info

"Rusiya müharibəni strateji baxımdan uduzub”

Dünya
 17-06-2022, 23:50     271

Rusiya Ukraynadakı müharibəni strateji cəhətdən artıq uduzub və indi daha kiçilmiş gücdür.

Qaynarinfo "The Guardian” saytına istinadla xəbər verir ki, bu sözləri Böyük Britaniya silahlı qüvvələrinin başçısı deyib. Admiral Toni Radakin bildirib ki, Rusiya ağır itkilər verir, qoşunları və təkmil raketləri tükənir və heç vaxt bütün Ukraynanı ələ keçirə bilməyəcək. "Bu, Rusiyanın dəhşətli səhvidir”, – Toni Radakin müsahibəsində bildirib.

Admiral vurğulayıb ki, Putin öz ordusunun gücünün təxminən 25%-ni, rəqəmlə desək, 50.000 əsgəri kiçik bir ərazi əldə etmək üçün qurban verib, onların çoxu artıq ya ölüb, ya da ağır yaralıdır. "Rusiya uğursuzluğa düçar olur. Kremlin zəif tərəfləri çoxdur, çünki insani resursu və yüksək texnologiyalı raketləri tükənir”,- o deyib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26