Interposta.Info

Rusiya Ukraynan hava sistemlərindən yan keçmək üçün bu hiylədən istifadə edir – NYT

 

Dünya
 15-03-2022, 15:15     284

ABŞ kəşfiyyatı bildirib ki, Rusiyanın Ukraynaya atdığı ballistik raketlərdə havadan müdafiə radarlarını və istilik axtaran raketləri aldadan gözlənilməzliklər var.

Qaynarinfo "The New York Times”a istinadla yazır ki, bu "tələlər” "İskəndər-M” qısa mənzilli ballistik raketləri ilə təchiz edilib.

ABŞ kəşfiyyat rəsmisinin dediyinə görə, cihazların hər biri təxminən bir fut uzunluğunda, ağ rəngdə və narıncı quyruğlu dart şəklindədir.

Onlar Rusiyanın sərhəddən mobil buraxılış qurğularından göndərdiyi "İsgəndər-M” qısa mənzilli ballistik raketləri ilə buraxılır.

"Hər biri elektronika ilə doludur və "İskəndər-M"-ni tapmağa çalışan düşmən radarlarını aldatmaq üçün radio siqnalları istehsal edir və daxil olan raketləri cəlb etmək üçün istilik mənbəyi yaradır", - kəşfiyyat bildirib.

Qeyd etmək lazımdır ki, Rusiya getdikcə daha çox hava bombardmanlarına arxalanır, şəhərləri və mülki insanları qadağan olunmuş sursat növləri ilə hədəfə alır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26