Interposta.Info

Roqozin:

Dünya
 19-02-2017, 21:43     758

Roqozin:

Hazırda Rusiya tərəfindən hazırlanan yeni qitələrarası ballistik raketlər ABŞ-ın istənilən raket əleyhinə müdafiə sistemini yarmaq iqtidarındadır.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya baş nazirinin birinci müavini Dmitri Roqozin "Rossiya 1" telekanalında yayımlanan "Bazar axşamı" verilişinə müsahibəsində deyib.

Nazir müavininin sözlərinə görə, Rusiyanın nüvəsaxlama qüvvələri müxtəlif raketlərdən, o cümlədən "köhnə Sovet klassik raketləri"ndən olan və Qərbdə "Şeytan" adlandırılan

"Voyevoda"dan ibarətdir. Lakin artıq yeni raketlər hazırlanır.

"Onlardan ("Voyevoda" raketlərindən - qeyd. TASS) çox qorxurlar, onlar çox etibarlıdır, onların müddəti yeni silahlar istehsal olunana qədər uzadılıb. Yenisi üzərində iş plan üzrə gedir", - deyə o bildirib.

"Bu silah da tezliklə ordumuzun ixtiyarında olacaq. Bu silah ABŞ-ın bugünkü, sabahkı və birisigünkü raket əleyhinə müdafiə sistemini yarmaq iqtidarındadır. O bu gün bizim üçün təxribatdan başqa ciddi hərbi təhlükə kəsb etmir", - deyə Roqozin bildirib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26