Interposta.Info

Putinin dostu danışdı: "O, cavab verməlidir"

Dünya
 7-06-2022, 15:16     326

Vladimir Putin Ukraynada törətdiyi vəhşiliklərə görə beynəlxalq tribunal tərəfindən təqib edilməlidir.

Qaynarinfo "Euractiv” saytına istinadla xəbər verir ki, bu sözləri Çexiya prezidenti Miloş Zeman deyib.

Azad Avropa Radiosunun Ukrayna bürosuna verdiyi müsahibədə Zeman Putinin Ukraynaya müdaxiləyə görə mühakimə edilməli olduğunu deyib və əlavə edib ki, Putin ölkəsini təcrid vəziyyətinə salıb və onun inkişafını ləngidir.

Əvvəllər Zeman dəfələrlə Putinlə görüşüb və Kremlə qarşı dost mövqe nümayiş etdirib.

İşğaldan sonra Zeman Rusiya liderini düzgün qiymətləndirə bilmədiyini etiraf edib və deyib ki, Ukraynadakı müharibə ona "soyuq duş” təsiri bağışlayıb.

Zeman, Putinin ölkəsinə qarşı genişmiqyaslı siyasi və iqtisadi sanksiyalara səbəb olacağını bildiyinə baxmayaraq, Ukraynanı işğal etmək qərarına gəldiyini deyib.

Zeman əvvəllər iqtisadi sanksiyaların tərəfdarı olmasa da, indi onların işlək olduğunu deyir.

2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsindən sonra Zeman AB-nin qəbul etdiyi anti-Rusiya sanksiyalarının ən sərt tənqidçiləri arasında olub.

Zeman həmçinin bildirib ki, sanksiyalarla yanaşı, Avropa öz bazarını Ukraynaya və Ukrayna bazarını Avropaya açmağa davam etməlidir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26