Interposta.Info

Çexiya prezidenti ölkənin əks-kəşfiyyat orqanının onu dinlədiyini bildirib
 

Dünya
 23-08-2021, 10:07     412

Çexiya prezidenti Miloş Zeman bildirib ki, ölkənin Təhlükəsizlik və İnformasiya Xidməti (əks-kəşfiyyat) onun telefon danışıqlarını dinləyir.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Daha əvvəl bazar günü Praqanın “Neovlivní” nəşri xüsusi xidmət orqanlarındakı iki müstəqil mənbəyə istinadən bildirib ki, Təhlükəsizlik və İnformasiya Xidməti prezidentin müşaviri Martin Neyedlının telefon danışıqlarını dinləyir.

"Söhbət təkcə yalnız Neyedlıdan getmir, Təhlükəsizlik və İnformasiya Xidməti həm də respublikanın prezidentinin danışıqlarını dinləyir", - Zeman “Blesk” telekanalına bildirib. Onun sözlərinə görə, bu proses artıq bir ildən çoxdur davam edir.

"Bir neçə il əvvəl yüksək vəzifəli zabit mənə məlumat verdi ki, Koudelk (Təhlükəsizlik və İnformasiya Xidmətinin direktoru Mixal Koudelk-red) yaxın ətrafımın telefon danışıqlarına qulaq asılması haqqında əmr verib, yəni mənim də, çünki dinləmələr mobil telefonlar vasitəsilə həyata keçirilir. Mənim isə məlum olduğu kimi, mobil telefonum yoxdur.

Beləliklə, işçilərlə danışanda mənə də qulaq asırlar. Baş nazirə (Andrey Babiş-red) məlumat verdim, o mənim danışıqlarıma qulaq asılmasını dayandıracağını vəd etdi. Ancaq bunun həqiqətə uyğun olmadığı ortaya çıxdı, çünki Təhlükəsizlik və İnformasiya Xidmətinin dərinliyindən telefon danışıqlarının dinlənilməsinin davam etdiyini bir daha öyrəndim", - Zeman deyib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26