Interposta.Info

Avropanın ən liberal ölkələrindən sayılan Çexiya Putin rejiminin təsiri altına düşüb? - İDDİA

Dünya
 4-12-2017, 07:31     10 817

Çexiya Şərqi Avropanın ən inkişaf etmiş ölkəsi sayılır. Ölkə postkommunist məkanında kommunizmin izlərindən olduqca tez qurutlması ilə öyünür. Çexiya qonşu ölkələrlə müqayisədə sırf Avropa standartlarına müvafiq vətəndaş cəmiyyətinin qurulduğu, söz və fikir azadlığının təmin olunduğu, siyasi rəqabətin yüksək səviyyəyə çatdırıldığı, habelə ədalətli məhkəmə sisteminin bərqərar edildiyi bir dövlət kimi tanınır.

Lakin son seçkilərdə Kremlə yaxın ANO-2011 (Narazı vətəndaşlar birliyi partiyası, sədri Andrey Babişdir-red.) partiyasının qələbəsindən sonra vəziyyətin pisləşməyə doğru getdiyini söyləyənlərin sayı artıb.

ABŞ-ın “The Daily Beast” internet portalının jurnalisti Anna Nemtsova vəziyyəti yerində öyrənmək məqsədilə paytaxt Praqada olub. Burada o, şəhərdə demokratların və sağ aktivistlərin etiraz nümayişləri ilə qarşılaşıb.

“Keçmiş illərdə olduğu kimi Praqa yenə də şərqçilərə və qərbçilərə bölünüb”, - jurnalist qeyd edir.

Nemtsova Praqada fəal demokratlardan biri kimi tanınan, habelə Kreml tərəfindən yayılan yalan informasiyalara qarşı müabrizə aparan Roman Maka adlı vətəndaşın fikirlərini öyrənib. Roman Maka həm də “Avropa dəyərləri “adlı QHT-nin əməkdaşıdır. Bu qrup Kremlpərəst qüvvələrin rəhbərliyi altında ölkədə aparılan təbliğat kampaniyalarının ifşası ilə məşğuldur.

“Ədalət və Avropa dəyərləri uğrunda mübarizə indiki günlərdə hətta dinc Praqada belə riskli iş sayılır. Maka facebook vasitəsilə hər gün başının kəsiləcəyi, güllələnəcəyi hədələri ilə qarşılaşır”, - Nemtsova yazır.

Yazarın fikrincə, Çexiya Respublikasında Avropa Birliyinə nifrət edənlər nədənsə Putin və Tramp kimi adamları sevirlər:
“Bu tip adamların avtoritar rejimlərə xüsusi simpatiyaları var. Putin onların ən çox arzuladığı lider sayılır. Onlar Rusiya prezidentinin bir gün Avropa Birliyini dağıdacağına və Qərbi cəzalandıracağına ümid bəsləyirlər”.

“Avropa dəyərləri” təşkilatının hesablamalarına görə, bu gün ölkədə Kremlin xeyrinə təbliğat materiallarını yayan ən azı 30 veb səhifəni göstərmək olar.

Müəllif Rusiyanın təsirinin ən çox yuxarı rəhbərlikdə hiss olunduğunu yazır:
“Xüsusilə, prezident Miloş Zemanın Rusiyanı harda və necə gəldi müdafiə etməsi diqqət cəlb edir. Zemanın Krımın işğalına və bununla əlaqədar Rusiyaya qarşı tətbiq olunan sanksiyalara münasibəti Avropa Birliyinin ümumi kursuna daban-dabana ziddir. Zeman dəfələrlə Avropa İttifaqının Moskva siyasətini əbləhlik, anti-Rusiya sanskiyaları isə riyakarlıq adlandırıb. Miloş Zeman saysız Moskva səfərlərinin sonuncusunda Rusiyanı Avropa Birliyinin tərkibində görməyi arzuladığını da bildirib və Putini Suriyada qazandığı qələbə münasibətilə təbrik edib”.

Yazıda Rusiyanın Praqada yüksək diplomatik və xarici kəşfiyyat fəaliyyəti yürütdüyü göstərilib:
“Moskvanın ölkədəki təsirinin artmasını tənqid edənlər Rusiya səfirliyində həddən artıq diplomatın fəaliyyət göstərdiyinə diqqət çəkirlər. Təkcə Praqada Rusiyanın 140 diplomatik vəziəli şəxsi çalşımaqdadır. Eyni sayda diplomatı Karlovi Varı və Brnoda da müşahidə etmək mümkündür.

Çex alim, Boston universitetində tarix və beynəxalq münasibətlər fakultəsinin professoru İqor Lukeşin “The Daily Beast”-ə bildirdiyinə görə, Praqa on illərdir Rusiya kəşfiyyatının və xüsusi xidmət orqanlarının platforması olaraq xidmət göstərir, burada diplomat adı altında çalışan Xarici Kəşfiyyat Xidmətinin agentlərindən əlavə Çexiya Respublikasında qeyri-rəsmi məqamlarda işləyən xeyli xəfiyyə mövcuddur.

“Bundan başqa, Federal Təhlükəsizlik Xidməti (Rusiya-red.) Praqada, habelə Karlovı Varıda rus diasporu vasitəsilə xeyli sayda informator yerləşdirməyi bacarıb. Lakin Rusiya xüsusi xidmət orqanları ən çox elektron sahədə iz qoymağı xoşlayırlar. Ölkə mətbuatında bütöv bir dezinformator dəstəsi fəaliyyət göstərir”, - Lukeş bildirib.

Məqalədə Çexiyanın İnformasiya Təhlükəsizliyi Xidmətinin rus casuslarının aktivliyinin artması barədə məlumat verdiyi və qurum daxilində Rusiyanın dezinformasiyalarına və təbliğatına qarşı xüsusi idarə təsis olduğu vurğulanıb./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26